Rusiyada təyyarə qəzası: Ölənlər var- FOTO
Rusiyanın Tatarıstan Respublikasında yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində insan tələfatı qeydə alınıb.
hadiseler.info xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb.
Açıqlamaya əsasən, hadisə Sabi rayonunda baş verib. “Cessna-172” markalı yüngülmühərrikli hava gəmisi sentyabrın 12-də gündüz saatlarında fərdi yaşayış evinin həyətyanı sahəsinə çırpılıb. Qəza nəticəsində təyyarəni idarə edən pilot və göyərtədə olan sərnişin dərhal həyatlarını itiriblər.
İlkin ehtimallara görə, fəlakətə pilotun idarəetmədə buraxdığı səhv və ya texniki nasazlıq səbəb ola bilər. Faktla bağlı cinayət işi açılıb, təhqiqat aparılır və qəzanın təfərrüatları araşdırılır.

No Comment! Be the first one.