İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 şərt təqdim edib
İran İslam Respublikası Hörmüz boğazında gəmiçiliyin bərpası və boğazın açılması üçün vasitəçilər kanalı ilə ABŞ-yə yeddi şərtdən ibarət tələb paketi təqdim edib.
hadiseler.info xəbər verir ki, bu barədə TASS agentliyi “Tasnim”ə əsasən məlumat yayıb. İranın ali hakimiyyət orqanları tərəfindən təsdiqlənən şərtlərin hamısı yerinə yetirilməyənədək boğazın bağlı qalacağı bildirilir.
Mənbə vurğulayıb ki, İran və Oman arasında əldə olunmuş razılaşmalar boğazın avtomatik açılması anlamına gəlmir və bu məsələ tamamilə Vaşinqtonun atacağı addımlardan asılıdır. Qeyd edək ki, qlobal enerji daşımalarının əsas marşrutlarından olan Hörmüz boğazının qapalı qalması beynəlxalq neft və qaz bazarlarına ciddi təsir göstərmək potensialına malikdir.
No Comment! Be the first one.