Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Çavuşoğuldan Azərbaycanın Zəfər Günü ilə bağlı təbrik paylaşımı
Şuşada İlham Əliyev və Ərdoğanın təkbətək görüşü keçirilir
Ali Məhkəmənin kollektivi Zəfər Parkını ziyarət edib
Hadisələr.info
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
2M
3K
420K
Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Çavuşoğuldan Azərbaycanın Zəfər Günü ilə bağlı təbrik paylaşımı
Şuşada İlham Əliyev və Ərdoğanın təkbətək görüşü keçirilir
Ali Məhkəmənin kollektivi Zəfər Parkını ziyarət edib
Elm və Təhsil

Azərbaycanda 3 illik bakalavr təhsili müzakirə olunur – Nazirdən açıqlama

Sentyabr 14, 2026
75 Views

Azərbaycanda ali təhsildə 3 illik bakalavr sisteminə keçid məsələsi müzakirə edilir.

hadiseler.info xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi mətbuat konfransında bildirib.

Emin Əmrullayev bildirib ki, hazırda gündəmdə 12 illik təhsilə keçidlə bağlı məsələ yoxdur:

“Strategiyada bu nəzərdə tutulub, yazılıb, ama yaxın aylarda belə bir keçid nəzərdə tutulmayıb”.
Nazir vurğulayıb ki, üçillik bakalavr məsələsi müzakirə olunur:
“Bu, maraqlı müzakirədir. Burada bəzi məsələləri, o cümlədən məzunun yaşını nəzərə almaq lazımdır. Məsələn, tutaq ki, bizim şagirdlərimiz 6 yaşından məktəbə gedir, 11-ci sinifdən təxminən 17 yaşında məzun olurlar. 4 il oxuyanda onlar 20-21 yaşlarında böyük şəxslərdir. Məncə, onlar üçün də lazım olan məsələdir ki, 19 yaşda da, 20 yaşda da əmək bazarına gəlsinlər. Elə ixtisaslar var ki, məsələn, turizmin təşkili, bəlkə də, onu 3 ilə buraxmaq olar. Məndən soruşsanız, bunu mütəxəssislər və ayrı-ayrı sahə ekspertləri müəyyən etməlidirlər ki, əslində bu ixtisasın formalaşması hansısa məmurun və yaxud da hansısa siyasətçinin rəyi əsasında yox, həmin əmək bazarında olan mütəxəssislərin rəyi əsasında formalaşmalıdır”.
Bəzi sahələrdə mütəxəssis hazırlamaq üçün 3 ilin kifayət etməyəcəyini deyən nazir sözlərinə belə davam edib:

“Məsələn, mənə elə gəlir, mühəndis hazırlamaq üçün həqiqətən bu vaxt azdır. Məsələn, tibb bazası təhsili tutaq ki, 6 ildir, müəllimlik 4 ildir. Biz Boloniya prosesinə keçəndə bir qədər bütün ixtisasları eyni qəlibə salmağa çalışmışıq. Bəzi ixtisaslarda bu, düzdür, məsələn, hazırda baytarlıq ixtisası 5 ildir. Bəzi ixtisaslar 4, bəziləri 5-dir. Bəzi peşələri öyrənməyə 6 il, bəzilərini öyrənməyə isə 4 il lazımdır. Bu, peşənin mürəkkəbliyindən asılıdır. Yəni bunlar müzakirə olunmalıdır və bu müzakirələri tənzimləyici qurum olaraq Təhsil İnstitutu və Təhsil Nazirliyi ilə yanaşı, əsasən ixtisas adamları etməlidirlər. Onlar deməlidirlər ki, məsələn, inşaat mühəndisini hazırlamaq üçün 3 il olmaz, bu, 4 il olmalıdır və ya 5 il olmalıdır. Misal üçün, turizm mütəxəssisini 3 ilə hazırlaya bilərsiniz”.

Nazir nazirlik və tənzimləyici qurumların beynəlxalq konvensiyalara da diqqət yetirməli olduğunu bildirib:

“Yəni bizim burada bir də qoşulduğumuz konvensiya sənədləri də nəzərdən keçirmək lazımdır. Məsələn, Boloniya konvensiyasında olan məsələ ki, 180-240 kreditdən danışılır, bu, 3 və ya 4 ildir. Amma hazırda dediyim kimi, 12 illik təhsilə keçid nəzərdə tutulmur. Təbii ki, 12 plus 3 olan, müəyyən mənada işləyən model olan yerlər var. Hazırda biz 11 plus 4-dən danışırıq. Amma 4 illik ixtisasların bəzilərinin 3 illik olması ilə bağlı mütəxəssislər, əgər bu sahənin işəgötürənləri hesab etsələr ki, 3 il də olar, mən düşünürəm ki, bəzi sahələrdə bu, mümkündür. Bu, sırf daha tez əmək bazarına çıxmaq üçün yaxşı şansdır. Lakin ümumilikdə bütün ixtisasları 3 ilə keçirmək də yəqin ki, müzakirə predmeti deyil”.

Tags:

AliTəhsilBakalavrElmVəTəhsilNazirliyiEminƏmrullayevHadiselerInfotəhsil

Share Article

Follow Me Written By

Ayla

Other Articles

Previous

Pakistanda kömür mədənində dəhşətli partlayış – VİDEO

Next

Hikmət Hacıyev Türkiyə Prezident Administrasiyasının nümayəndə heyəti ilə görüşüb  

Next
Sentyabr 14, 2026

Hikmət Hacıyev Türkiyə Prezident Administrasiyasının nümayəndə heyəti ilə görüşüb  

Previous
Sentyabr 14, 2026

Pakistanda kömür mədənində dəhşətli partlayış – VİDEO

No Comment! Be the first one.

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Elm və Təhsil
NDU ilə ADNSU arasında əməkdaşlıq memorandumu imzalanıb 
Ayla
Oktyabr 31, 2026
Elm və Təhsil
ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı” təşkil edilib
Ayla
Oktyabr 30, 2026
Elm və Təhsil
Qarabağ Universitetində mədəniyyətlərarası dialoq mövzusunda müzakirə keçirilib
Ayla
Oktyabr 30, 2026
Elm və Təhsil
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
Ayla
Oktyabr 28, 2026

Hadisələr.info — Azərbaycan və dünyada baş verən ən son hadisələr, operativ xəbərlər və aktual gündəm bir ünvanda.

 

Xəbər xətti

Çavuşoğuldan Azərbaycanın Zəfər Günü ilə bağlı təbrik paylaşımı
Noyabr 8, 2026
Şuşada İlham Əliyev və Ərdoğanın təkbətək görüşü keçirilir
Noyabr 8, 2026
Ali Məhkəmənin kollektivi Zəfər Parkını ziyarət edib
Noyabr 8, 2026

Top kateqoriyalar

Dünya 1184
Siyasət 649
Hadisə 618
Cəmiyyət 353

© 2026 hadiseler.info— Bütün hüquqlar qorunur.

  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya