AFFA-da yeni təyinatlar gerçəkləşdi
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) struktur dəyişiklikləri çərçivəsində şöbə rəhbərliyinə və mətbuat xidmətinə yeni kadrlar cəlb olunub.
hadiseler.info xəbər verir ki, aparılan təyinatlara əsasən, Media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsi Murad Axundova həvalə edilib.
Bundan əlavə, AFFA-nın yeni mətbuat katibi vəzifəsinə Aida Əliyeva, aşağı yaş qrupları və liqalar üzrə mətbuatla iş üzrə məsul şəxs vəzifəsinə isə Kənan Səfərəliyev təyin edilib.
No Comment! Be the first one.