Rus generalı öldürülüb
Rusiya ordusunun 4-cü əlahiddə qvardiya motoatıcı briqadasının komandiri, general-mayor Anton Qrunis həlak olub.
hadiseler.info Rusiya mediasına istinadən xəbər verir ki, general-mayor Anton Qrunisin ölümü haqqında məlumat Rusiya hərbi mənbələri tərəfindən yayılıb.
Məlumata görə, Qrunis avqust ayının sonunda Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə “Rusiya Qəhrəmanı” adına layiq görülmüşdü. Rusiya KİV-ləri rus generalının ölüm şəraitinin və təfərrüatlarının hələlik tam bəlli olmadığını bildirir.
No Comment! Be the first one.