Sürücü avtomobillə yolda yatan iki itin üstündən keçdi – VİDEO
Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda heyvanlara qarşı qəddarlıq anı təhlükəsizlik kameralarına düşüb.
hadiseler.info xarici mediaya istinadən xəbər verir ki, hadisə Dirmil məhəlləsinin Karanfil küçəsində baş verib. Hərəkətdə olan avtomobil yolda yatan iki küçə itinin üstündən keçərək yoluna davam edib. Sürücünün dayanmadan ərazidən uzaqlaşdığı anlar təhlükəsizlik kameraları tərəfindən saniyə-saniyə qeydə alınıb.
Uzun müddətdir qayğı göstərdikləri itlərin yoxa çıxdığını görən məhəllə sakinləri kamera görüntülərini araşdırdıqdan sonra polisə müraciət ediblər. Ərazidə yaralı itlərin axtarışı davam edərkən, polis sürücünün kimliyini müəyyənləşdirib və onun saxlanılması üçün əməliyyata başlayıb.
No Comment! Be the first one.