Qəzzalı uşaqların yağış altında yaşamaq sevinci- VİDEO
İsrailin müharibə və soyqırım siyasətinin davam etdiyi Qəzza zolağında balaca fələstinlilər hər şeyə baxmayaraq uşaqlıqlarını yaşamağa çalışırlar.
hadiseler.info xarici mediaya istinadən xəbər verir ki, yağışın yağması ilə küçələrə axışan uşaqların yağış altında şənlənərək rəqs etdiyi anlar lentə alınıb. Müharibənin ağrı-acısı, dağıntılar və çətin şəraitə rəğmən azyaşlıların üzündəki təbəssüm və yaşamaq həvəsi sosial şəbəkələrdə böyük maraq və kədərlə qarşılanıb.
No Comment! Be the first one.