Ər-Riyad hücuma məruz qaldı: Şəhəri qara tüstü dumanı bürüdü – VİDEO
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərinin şimal hissəsində, Kral Xalid Beynəlxalq Hava Limanının ətrafında qatı qara tüstü dumanı müşahidə olunub.
hadiseler.info xəbər verir ki, bu barədə “Sabereen news” məlumat yayıb.
İlkin məlumatlara görə, sözügedən ərazidə yerləşən yanacaq saxlama bazası hücuma məruz qalıb. Hadisədən bir qədər əvvəl ölkənin Mülki Müdafiə Qüvvələri Ər-Riyad və Əl-Xarc şəhərlərində yaşayan əhaliyə təhlükə siqnalları göndərsə də, sonradan bu xəbərdarlıqlar ləğv edilib.
No Comment! Be the first one.