Türkiyədə sərnişin avtobusu yanıb istifadəyə yararsız hala düşdü- VİDEO
Türkiyənin Samsun vilayətində sərnişin avtobusunda yanğın hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, hadisə Samsunun Kavak rayonu ərazisində qeydə alınıb.
Hərəkətdə olan sərnişin avtobusunda qəfildən yanğın başlayıb. Hadisə yerinə dərhal yanğınsöndürən briqadalar və aidiyyəti xidmətlərin əməkdaşları cəlb olunub. Dərhal müdaxilə edən ekiplərin səyi nəticəsində alov söndürülüb.
Yanğın nəticəsində sərnişin avtobusu tamamilə yanaraq yararsız hala düşüb. Hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.
No Comment! Be the first one.