Türkiyədə vətəndaşlıq alan 6134 şəxsin qərarı ləğv edildi – 72 nəfər saxlanılıb
Türkiyədə investisiya yolu ilə vətəndaşlıq əldə edilməsi sahəsində aparılan genişmiqyaslı araşdırmalar nəticəsində mindən çox şəxsin vətəndaşlıq hüququ ləğv olunub.
hadiseler.info xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb.
Bildirilib ki, saxta və qanunsuz ekspertiza hesabatlarından istifadə etdiyi müəyyən edilən 1413 investor və onların ailə üzvləri də daxil olmaqla, ümumilikdə 6134 nəfərin vətəndaşlıq qərarı ləğv edilib və ya geri alınıb.
Nazirliyin məlumatına əsasən, İstanbul Prokurorluğu tərəfindən başlatılan araşdırma zamanı daşınmaz əmlakın saxta alqı-satqısı yolu ilə qanunsuz vətəndaşlıq alan 1070 nəfər (263 investor və 807 ailə üzvü) və hazırda müraciət prosesi davam edən 11 nəfər aşkar olunub. Keçirilən əməliyyat-axtarış tədbirləri çərçivəsində faktla bağlı 72 şəxs saxlanılıb.
No Comment! Be the first one.