Ronaldu karyerasını başa vurmaq ehtimalından danışdı
Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun və Portuqaliya milli komandasının 41 yaşlı hücumçusu Kriştianu Ronaldu gələcək planları və futbolçu karyerasını bitirmək ehtimalı haqqında fikirlərini bölüşüb.
hadiseler.info xəbər verir ki, Millətlər Liqasının oyunları üçün yığmanın düşərgəsində olan təcrübəli forvard bu barədə tanınmış insayder Fabritsio Romanoya açıqlama verib:
“Bu, mənim son mövsümüm ola bilər. Amma bunu dəqiq bilmirəm. Əgər bədənim və zehnim buna imkan versə, həmçinin yaxşı formada olsam, o zaman nə olacağını deyə bilmərəm. Nələrin baş verəcəyini bilmirəm. Hələ də burada olmağa qadir olduğumu sübut edirəm. Həm klubda, həm də milli komandada hələ də qollar vurduğumu nümayiş etdirmişəm”.
Qeyd edək ki, ulduz futbolçu sentyabrın 24-də Uelslə keçiriləcək qarşılaşmada start heyətində meydançaya çıxacaq.
No Comment! Be the first one.