Trampın uzaqlaşdırdığı telekanallarla bağlı YENİ QƏRAR
ABŞ-nin aparıcı telekanalları Prezident Donald Trampın iştirakı ilə keçirilən tədbirlərin işıqlandırılması ilə bağlı tətbiq etdikləri boykotu dayandırmaq qərarına gəliblər.
“The New York Times” qəzetinin məlumatına görə, ABC, CBS, “Fox News” və NBC telekanalları bazar günündən etibarən Ağ Evdəki növbəli təsərrüfat (pool) vəzifələrinin icrasına qayıdacaqlar.
Sentyabrın 18-də Tramp administrasiyası “yalan xəbər” yaymaqda ittiham etdiyi CNN, “MS NOW” və “Politico” jurnalistlərini Ağ Evə buraxılış hüququndan məhrum etmişdi. Buna etiraz olaraq, növbəli şəkildə görüntüləri yayan digər 4 aparıcı telekanal həmkarları ilə həmrəylik nümayiş etdirərək prezidentin tədbirlərini işıqlandırmaqdan imtina etmişdi.
Kolumbiya dairə məhkəməsinin qadağanı ləğv edən qərarından və Məxfi Xidmətin (Secret Service) KİV nümayəndələrinin təkrar müraciətindən sonra Ağ Evə girişə razılıq verməsindən sonra telekanallar fəaliyyətlərini bərpa etmək qərarı alıblar.
No Comment! Be the first one.