ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi
ABŞ Maliyyə Nazirliyi İranın silah və hərbi komponentlər əldə etməsinə kömək edən xarici şirkət və şəxslərə qarşı yeni sanksiya paketi açıqlayıb.
hadiseler.info xəbər verir ki, sanksiya siyahısına İran, Çin, Honkonq və Pakistanda yerləşən 10 subyekt daxil edilib. Məhdudiyyətlər Tramp administrasiyasının fevral ayında başlayan ABŞ-İran müharibəsinə son qoymaq və Tehrana iqtisadi təzyiqi artıraraq onu danışıqlara məcbur etmək strategiyasının tərkib hissəsidir.
ABŞ-nin maliyyə naziri Skott Bessent məsələ ilə bağlı bildirib ki, Maliyyə Nazirliyi İran rejiminə heç bir dəstəyi bağışlamayacaq və onun imkanlarını təmin edən tərəfdaşları aşkar etməyə, ifşa etməyə və təcrid etməyə devam edəcək.
Sanksiya siyahısına daxil edilən şəxs və qurumlar:
Seyid Əsgər Əlizadə Təbatəbai – İran Müdafiə Nazirliyinin Pekindəki nümayəndəsi (İran adından Çində hazır silah sistemləri və ikili təyinatlı komponentlərin satınalınmasını əlaqələndirib);
“Kavoshcom Asia R&D Group” – İranda yerləşən tədqiqat və inkişaf qrupu (İran Aviasiya Sənayesi Şirkəti üçün elektronika və bağlayıcılar təmin edib);
“EC Mojo Technology Co Limited” (Honkonq) və onun Çindəki nümayəndəsi Li Fen (elektron komponentlərin tədarükündə vasitəçilik edib);
Vasim Paşa Tacammal (Pakistan) – “Cavalier Group” özəl hərbi şirkətinin rəhbəri.
Məsələyə münasibət bildiriən “Obsidian Risk Advisors” şirkətinin idarəedici direktoru Brett Erikson isə bu sanksiyaların İranın Hörmüz boğazında raket və dron buraxılışlarına ciddi mane ola bilməyəcəyini qeyd edərək bildirib ki, reallıqda bu addımlar hərbi vəziyyətə kəskin təsir etmir.
No Comment! Be the first one.