Ata kartof şumlamaq üçün azyaşlı oğlunu sükan arxasına keçirib – VİDEO
Dağıstanda kartof yığımı zamanı qeydə alınan qeyri-adi görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
hadiseler.info xəbər verir ki, yerli sakin kartof sahəsini şumlamaq üçün “Lexus” markalı yolsuzluq avtomobilinin arxasına kotan bağlayıb və sükanı azyaşlı oğluna həvalə edib.
Kadrlarda uşağın avtomobili idarə etdiyi, atanın isə kotanın arxasınca gedərək oğluna istiqamət verdiyi görünür.
Görüntülər Dağıstan Dövlət Yol Polisi əməkdaşlarının diqqətini çəkib. Polis tərəfindən saxlanılan ata ilə profilaktik söhbət aparılıb.
Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan azyaşlıya avtomobili həvalə etdiyi üçün ata barəsində Rusiya İnzibati Xətalar Məcəlləsinin 12.7-ci maddəsi üzrə 30 min rubl məbləğində cərimə və 5.35-ci maddəsi üzrə valideynlik öhdəliklərini lazımi qaydada yerinə yetirməmə ilə bağlı inzibati protokollar tərtib olunub.
No Comment! Be the first one.