Azərbaycan və Türkiyə arasında 500 milyon dollarlıq MÜQAVİLƏLƏR İMZALANDI
Türkiyə və Azərbaycan arasında müdafiə sənayesi sahəsində bir sıra vacib tədarük müqavilələri və anlaşma memorandumu imzalanıb.
hadiseler.info xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Başqanı Haluk Görgün rəsmi sosial media hesabında məlumat paylaşıb.
İki ölkənin müdafiə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcək müqavilələr aşağıdakılardır:
TUSAŞ ilə “HÜRKUŞ” təyyarələrinin tədarükünə dair müqavilə;
ASELSAN ilə “ALP-100” radarının tədarükünə dair anlaşma memorandumu;
BAYKAR ilə “Mızrak” ağıllı dolaşan sursatının tədarükünə dair müqavilə;
BAYKAR ilə “Antidot” sisteminin tədarükünə dair müqavilə;
ROKETSAN ilə “Barbaros” sahil müdafiə sisteminin tədarükünə dair müqavilə.
Haluk Görgün imzalanan müqavilələrin ümumi dəyərinin 500 milyon ABŞ dollarını aşdığını bildirərək, bu tərəfdaşlığın hər iki qardaş ölkə üçün xeyirli olmasını arzulayıb.
No Comment! Be the first one.