Azərbaycanlı hərbçinin Ermənistan ərazisinə keçdiyi İDDİA OLUNUR
Azərbaycan Ordusunun hərbçisinin naməlum şəraitdə Ermənistan ərazisinə keçməsi barədə məlumat yayılıb.
hadiseler.info xəbər verir ki, bu barədə iddia ilə Ermənistan Milli Təhlükəsizlik Xidməti çıxış edib.
Yayılmış iddialara əsasən, sözügedən hərbçi Sünik vilayətinin Şaki kəndi ərazisinə daxil olub. Qeyd olunub ki, Azərbaycan əsgərinin həmin kənddə saxlanması barədə Azərbaycan tərəfinə də məlumat təqdim edilib.
Məlumata görə, hazırda faktla bağlı Ermənistan İstintaq Komitəsində araşdırma aparılır.
No Comment! Be the first one.