DOST Agentliyində yeni təyinat
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Agentliyində yeni kadr təyinatı və struktur dəyişikliyi baş verib.
hadiseler.info “Unikal”a istinadən xəbər verir ki, Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədovun müvafiq əmrinə əsasən, Əziz Əzizzadə Qarabağ Regional DOST Mərkəzinin direktor müavini vəzifəsinə təyin edilib.
Bundan başqa, həyata keçirilən struktur dəyişiklikləri nəticəsində Qarabağ Regional DOST Mərkəzinin Şuşa filialı həmin Mərkəzin tərkibində Şuşa şəhəri üzrə qəbul şöbəsi kimi fəaliyyətini davam etdirir. Valeh Məhərrəmov həmin şöbənin müdiri vəzifəsində çalışır.
Digər tərəfdən, “DOST Çağrı Mərkəzi 142” MMC-nin direktor müavini Fariz Hacızadə isə öz ərizəsi ilə tutduğu vəzifədən ayrılıb.
No Comment! Be the first one.