Himalayda fəlakət: Qar uçqununda ölənlərin sayı 15-ə çatdı
Himalay dağlarında, Ximlunq-Himal zirvəsi ərazisində baza düşərgəsinə qar uçqununun düşməsi nəticəsində həyatını itirənlərin ümumi sayı 15 nəfərə yüksəlib.
hadiseler.info xəbər verir ki, bu barədə “The Himalayan Times” nəşri məlumat yayıb.
Bildirilib ki, axtarış-xilasetmə tədbirləri zamanı dağıntılar altından daha 4 nəfərin meyiti çıxarılıb. Bir nəfər isə hələ də itkin düşmüş hesab olunur. Ərazidə xilasetmə işləri davam etdirilir.
No Comment! Be the first one.