Rusiya Kiyevdə körpünü vurdu: 6 nəfər ölüb
Rusiyanın Ukrayna ərazisinə endirdiyi yeni raket və dron zərbələri nəticəsində azı 6 nəfər həlak olub, paytaxt Kiyevin Şimal körpüsü zədələnib.
hadiseler.info xəbər verir ki, hücum nəticəsində körpüdə nəqliyyatın hərəkəti dayandırılıb və paytaxtda ciddi tıxaclar yaranıb.
Kiyev meri Vitali Kliçkonun bildirdiyinə görə, zərbə körpünün yol örtüyünə və trolleybus xətlərinə ziyan vurub, hadisə zamanı 2 nəfər yaralanıb. Rusiya Müdafiə Nazirliyi hücuma görə məsuliyyəti təsdiqləyərək körpünün Ukrayna ordusunun hərbi logistikasında istifadə edildiyini iddia edib.
Bundan başqa, Xarkov və ətraf ərazilərə dron və idarəolunan bombalarla hücumlar nəticəsində 5 nəfər ölüb, 40-dan çox insan yaralanıb. Odessa vilayətində isə Liberiya bayrağı altında üzən mülki yük gəmisinə dəyən zərbə nəticəsində 1 dənizçi həlak olub, 3 nəfər yaralanıb.
Həmçinin Moldova Prezidenti Maya Sandu Rusiya raket və dronlarının ölkənin hava məkanını pozduğunu və bəzilərinin Moldova ərazisinə düşdüyünü bəyan edib.
No Comment! Be the first one.