Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 20-yə çatdı
Şimali Kiprin Girnə şəhəri sahillərində baş verən ağır gəmi qəzası nəticəsində həyatını itirənlərin sayı artmaqda davam edir.
hadiseler.info xəbər verir ki, itkin düşənlərin axtarışı zamanı daha bir nəfərin meyiti aşkarlanıb. Meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün DNT analizi aparılır. Bu tapıntı ilə fəlakət nəticəsində ölənlərin sayı 20-yə yüksəlib, 8 nəfər isə hələ də itkin düşmüş hesab olunur.
Qeyd edək ki, avqustun 30-da Girnə sahillərində sərnişin gəmisinin batması nəticəsində 239 nəfər xilas olunub. Hadisə ilə bağlı başladılan istintaq çərçivəsində 3-ü Azərbaycan vətəndaşı olmaqla, ümumilikdə 9 nəfər saxlanılıb.
No Comment! Be the first one.