Bakıda məktəbin qarşısında 18 yaşlı gənc bıçaqlanaraq öldürüldü — Polis şübhəlini saxladı
Bakının Xətai rayonunda dəhşətli qətl hadisəsi baş verib.
hadiseler.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə 56 nömrəli məktəbin qarşısında qeydə alınıb. 18 yaşlı gənc bıçaqlanaraq öldürülüb.
TƏBİB-dən verilən məlumata görə, saat 21:25-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Hadisə yerinə gələn təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
Daxil olan son məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən Q.Mahmudov polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində müəyyən edilərək saxlanılıb.
Hadisənin təfərrüatları ilə bağlı araşdırmalar davam etdirilir.
No Comment! Be the first one.