Prezident İlham Əliyev Türkmənistanda Paşinyanla söhbətləşdi — FOTO
Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündən sonra konsert proqramı təşkil olunub.
hadiseler.info xəbər verir ki, konsert zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan eyni masada yanaşı əyləşərək söhbətləşiblər.
Qeyd edək ki, İlham Əliyev və Nikol Paşinyan sonuncu dəfə avqustun 31-də Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Görüşü çərçivəsində görüşüblər.

No Comment! Be the first one.