Ölümdən son anda xilas oldu- VİDEO
Ukraynanın paytaxtı Kiyevdə yerləşən məktəblərdən birinin ərazisinə endirilən dron zərbəsi zamanı faciənin qarşısı son anda alınıb.
hadiseler.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə oktyabrın 8-də “Petrovskiy kvartal” yaşayış kompleksi yaxınlığındakı məktəbin ərazisində baş verib.
Ukrayna “Telegram” kanallarında yayılan müşahidə kamerası görüntülərində məktəbin həyətində gəzişən şəxsin yaxınlaşan pilotsuz uçuş aparatının (PUA) səsini eşidən kimi dərhal binaya tərəf qaçdığı əks olunub. Şəxsin saniyələr öncə dayandığı nöqtəyə isə dron çırpılaraq partlayıb. Həmin şəxs möcüzə nəticəsində ölümün pəncəsindən xilas ola bilib.
No Comment! Be the first one.