Bəzi rayonlara qar yağdı – FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti qeyri-sabit keçir, yüksək dağlıq ərazilərə ilk qar düşüb.
hadiseler.info xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti oktyabrın 10-u saat 10:00-a olan faktiki hava məlumatını açıqlayıb.
Məlumata görə, ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağıb, ayrı-ayrı bölgələrdə leysan xarakterli intensiv və güclü yağışlar qeydə alınıb, şimşək çaxıb.
Qar yağan ərazilər: Şahdağ, Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəy rayonlarının yüksək dağlıq əraziləri.
Dolu düşən bölgə: Yardımlı rayonunda səhər saatlarında (08:15–08:27) güclü leysanla yanaşı diametri 18–20 mm olan dolu qeydə alınıb.
Yağıntının miqdarı:
Bakı və Abşeron yarımadasında: Neft Daşlarında 26 mm (aylıq normanın 139%-i), Sumqayıtda 3 mm, Bakı, Binə və Pirallahıda 2 mm, Maştağada 1 mm-dək yağış düşüb.
Bölgələrdə: Göygöldə 16 mm, İmişli və Şəkidə (Kişçay) 10 mm, Balakən və Qaxda (Sarıbaş) 6 mm, Biləsuvar və Sabirabadda 5 mm, digər rayonlarda isə 1–4 mm arasında dəyişib.
Qubadlı, Şuşa və Füzuli rayonlarında isə qısamüddətli yağış müşahid olunub.
No Comment! Be the first one.