Hindistanda kütləvi etirazlar zamanı 5 mindən çox şəxs saxlanıldı- VİDEO
Hindistanın paytaxtı Nyu-Delidə “Xalq Tarakanları Partiyası” hərəkatının təşkil etdiyi icazəsiz aksiya kütləvi həbslərlə nəticələnib.
hadiseler.info xarici KİV-ə istinadən xəbər verir ki, mərkəzi seçki komissiyasının sədrinin istefası tələbi ilə küçələrə çıxan 5 mindən çox etirazçı polis tərəfindən saxlanılıb.
Aksiya iştirakçıları ilə təhlükəsizlik qüvvələri arasında baş verən şiddətli toqquşmalar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları xəsarət alıblar. İğtişaşların qarşısını almaq məqsədilə şəhərdə genişmiqyaslı təhlükəsizlik tədbirləri gücləndirilib, onlarca metro stansiyası bağlanıb və paytaxtın bəzi ərazilərində mobil rabitə ilə internetin verilişi məhdudlaşdırılıb.
No Comment! Be the first one.