ABŞ dəhşətli təbiət hadisəsi ilə üz-üzə qalıb- VİDEO
hadiseler.info xarici KİV-ə istinadən xəbər verir ki, oktyabrın 9-u axşam saatlarında “İsaias” qasırğası ABŞ-nin Florida ştatının sahillərinə çatıb və saatda təxminən 31 km sürətlə ölkənin daxili rayonlarına doğru irəliləməyə başlayıb.
ABŞ Qasırğalar üzrə Milli Mərkəzinin məlumatına görə, təbii fəlakətin episentrində küləyin sürəti saniyədə 45 metri ötür. “PowerOutage” resursunun yaydığı son göstəricilərə əsasən, dağıdıcı qasırğa səbəbindən Florida ştatında 222 mindən çox abonent elektriksiz qalıb. Ərazidə qəza-bərpa işləri təhlükəsizlik şərtləri daxilində davam etdirilir.
No Comment! Be the first one.