Nepalda güclü daşqınlar dağıntılara səbəb oldu
Nepalın Qorxa rayonunda qəfil başlayan təbii fəlakət ciddi infrastruktura ziyan vurub və sakinlərin itkin düşməsinə səbəb olub.
hadiseler.info “Report”a istinadən xəbər verir ki, şiddətli yağışlar nəticəsində oktyabrın 11-i səhər saatlarında Budhi-Qandaki çayında daşqın qeydə alınıb.
Güclü su axını yaşayış evlərini, iki asma piyada körpüsünü və bir avtomobil körpüsünü yuyaraq aparıb. Təbii fəlakət nəticəsində azı 4 nəfər itkin düşüb. Bundan əlavə, sel suları Budhi-Qanda su elektrik stansiyasının tikinti sahəsinə də ciddi zərər vurub və bəzi texniki avadanlıqları sıradan çıxarıb. Ərazidə itkin düşənlərin tapılması istiqamətində axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
No Comment! Be the first one.