Tbilisidə itlər İran səfirinə hücum etdi
İranın Gürcüstandakı səfiri Seyid Əli Mocani Tbilisidə küçədə olarkən sahibsiz itlərin hücumuna məruz qalıb.
hadiseler.info Front News nəşrinə istinadən xəbər verir ki, insident zamanı səfir itləri uzaqlaşdırmağa çalışarkən müvazinətini itirərək yıxılıb və nəticədə ayağını sındırıb.
Hadisə yerində olan sakinlər diplomatik nümayəndəyə ilkin tibbi yardım göstəriblər. Daha sonra hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası səfiri xəstəxanaya çatdırıb. Xəsarət alan səfirin vəziyyəti ilə bağlı digər təfərrüatlar hələlik açıqlanmır.
No Comment! Be the first one.