Bakı metrosu bu gün gücləndirilmiş iş rejiminə keçəcək
Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” Futbol Klubunun UEFA Çempionlar Liqası matçı ilə əlaqədar paytaxt metrosu gücləndirilmiş iş rejimində çalışacaq.
hadiseler.info xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilib ki, matçla əlaqədar olaraq xüsusilə Qırmızı xətt üzrə nəzarət gücləndiriləcək və “Koroğlu” stansiyasına əlavə işçi qüvvəsi cəlb olunacaq. Qatarların hərəkəti gün ərzində payız-qış qrafikinə uyğun təşkil ediləcək. Oyundan sonra sərnişin axınının tənzimlənməsi məqsədilə ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.
QSC-dən o da qeyd olunub ki, Yaşıl və Bənövşəyi xətlər üzrə qatarların hərəkət qrafikində heç bir dəyişiklik nəzərdə tutulmayıb.
No Comment! Be the first one.