Sabah Azərbaycanda hava 31 dərəcə isti olacaq
Milli Hidrometeorologiya Xidməti oktyabrın 17-də ölkə ərazisində gözlənilən hava şəraitini açıqlayıb.
hadiseler.info xəbər verir ki, şənbə günü Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər saatlarında bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21° isti, gündüz 23-28° isti təşkil edəcək. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80%, gündüz 60-65% olacaq.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi ehtimal edilir. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı və şimşək çaxacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-18° isti, gündüz 26-31° isti, dağlarda isə gecə 8-13° isti, gündüz 18-23° isti təşkil edəcək.
No Comment! Be the first one.