Şotlandiyada təyyarə qəzası: Ölənlər var
Şotlandiyada yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həyatını itirib.
hadiseler.info xəbər verir ki, bu barədə TASS agentliyi yerli polisə istinadən məlumat yayıb.
Məlumata görə, “Piper Tomahawk II” tipli yüngül mühərrikli təyyarə oktyabrın 16-da Stirlinq şəhəri yaxınlığında yerləşən Draymen kəndi ərazisində qəzaya uğrayıb. Hadisə yerinə təcili olaraq cəlb olunan tibb briqadaları təyyarədə olan 16 yaşlı yeniyetmənin və 80 yaşlı kişinin öldüyünü təsdiqləyiblər.
Havaya qalxdıqdan 20 dəqiqə sonra əlaqə kəsilib
“BBC”nin verdiyi məlumata əsasən, təyyarə Qlazqo hava limanından havaya qalxdıqdan təxminən 20 dəqiqə sonra heyətlə rabitə əlaqəsi kəsilib.
Hava qəzasının dəqiq səbəblərini müəyyənləşdirmək istiqamətində artıq genişmiqyaslı araşdırmalara başlanılıb. Hadisənin başvermə təfərrüatları ilə bağlı əlavə rəsmi açıqlama verilməyib.
No Comment! Be the first one.