Ukrayna futbolçusu müharibədə HƏLAK OLDU
Ukrayna millisinin və Kiyev “Dinamo”sunun keçmiş futbolçusu Roman Maksimyuk Rusiya-Ukrayna müharibəsində həlak olub.
hadiseler.info xəbər verir ki, bu barədə UNİAN agentliyi mərhum idmançının həyat yoldaşına istinadən məlumat yayıb.
Məlumata görə, Maksimyuk 2022-ci ildə könüllü olaraq Ukrayna Silahlı Qüvvələrinin sırasına qoşulub. Keçmiş futbolçu 2025-ci ilin yanvar ayından etibarən itkin düşmüş hesab olunurdu. Onun həlak olduğu aparılan DNT ekspertizasının nəticələri əsasında rəsmən təsdiqlənib.
Qeyd edək ki, Roman Maksimyuk peşəkar karyerası ərzində “Prikarpatiye”, Kiyev “Dinamo”su, “Dnepr”, “Volın” və “Çernomorets” kimi tanınmış klubların şərəfini qoruyub. O, həmçinin Ukrayna milli komandasının heyətində 5 matçda meydana çıxıb.
No Comment! Be the first one.