Zelenski : “Ağır və dözülməz bir ağrıdır”
Ukrayna Prezidenti Volodimir Zelenski britaniyalı biznesmen və teleaparıcı Stiven Bartlettə verdiyi müsahibədə səhhəti və ciddi yuxu problemləri ilə bağlı diqqətçəkən etiraflar edib.
hadiseler.info xəbər verir ki, bu barədə aparıcı Stiven Bartlett özünün “X” sosial şəbəkə hesabında müsahibənin anons kadrlarını paylaşaraq məlumat verib.
Söhbət zamanı aparıcının cəbhədəki gərginlik və mövcud psixoloji təzyiqlərlə necə bacardığı barədə sualını cavablandıran Ukrayna lideri olduqca ağır bir dövrdən keçdiyini gizlətməyib.
Zelenski emosional hisslərini belə ifadə edib:
“Bu, həqiqətən çox çətindir. Səmimi olacam: mən yatmıram. Bu, heç kimə arzulamayacağım dəhşətli və dözülməz bir ağrıdır.”
Paylaşılan anons kadrlarında müsahibəni götürən Bartlett Zelenskinin gözlərində yaş olduğunu vurğulayıb. Ukrayna Prezidenti isə bu müşahidəyə qısaca “Bəli” cavabını verərək vəziyyətin ağırlığını təsdiqləyib.
No Comment! Be the first one.