Robert Koçaryanın oğlunun həbs müddəti uzadıldı
Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın oğlu Sedrak Koçaryan barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti artırılıb.
hadiseler.info xəbər verir ki, Ermənistan məhkəməsi prokurorluğun verdiyi vəsatəti təmin edərək Sedrak Koçaryanın həbs müddətini daha iki ay uzadıb.
Bu barədə jurnalistlərə müttəhimin vəkili Akop Kureqyan məlumat verib. Vəkil məhkəmənin çıxardığı qərardan narazı qaldıqlarını və yaxın vaxtlarda apellyasiya şikayəti verəcəklərini vurğulayıb.
Diqqətçəkən məqamlardan biri də odur ki, Sedrak Koçaryan proses zamanı məhkəmə zalına gətirilməyib və qərar onun gəlişi olmadan elan edilib.
No Comment! Be the first one.