Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vuruldu
Futbol üzrə Azərbaycan Kubokunun II təsnifat mərhələsinə yekun vurulub.
Hadiseler.info xəbər verir ki, mərhələnin son oyun günündə iki qarşılaşma baş tutub.
“Karvan-Yevlax” səfərdə “Zəngəzur”u 4:1 hesabı ilə məğlub edib. “Xankəndi” isə evdə “Gəncəbasar”a 2:3 hesabı ilə uduzub.
Xatırladaq ki, raundun əvvəlki matçlarında aşağıdakı nəticələr qeydə alınıb:
“Araz-Naxçıvan” – “Şimal” 6:0
“Marafon” – “Zaqatala” 1:0
“Sumqayıt” – “Kür-Araz” 11:0
“Qəbələ” – “Mingəçevir” 3:0
“Zirə” – “Səbail” 2:2 (pen. 3:2)
“İmişli” – “Qaradağ Lökbatan” 4:1
“Şamaxı” – “Hypers” 5:1
“Şahdağ Qusar” – MOİK 9:1
“Şəfa” – “Ağstafa Gəncləri” 9:2
“Kəpəz” – “Baku Sportinq” 3:1
No Comment! Be the first one.