Azərbaycanda noyabrda ardıcıl 4 gün iş olmayacaq
Azərbaycanda cari ilin noyabr ayında vətəndaşlar ardıcıl 4 gün istirahət edəcəklər.
hadiseler.info xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Qanunvericiliyə əsasən, bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən, Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq istirahət günü noyabrın 10-na keçirilib.
Bununla əlaqədar olaraq, noyabrın 7-dən 10-dək (şənbə, bazar, bazar ertəsi və çərşənbə axşamı) ardıcıl 4 gün iş olmayacaq. Ayın 11-i isə bayramlardan sonra ilk iş günü olacaq.
2026-cı ilin istehsalat təqviminə görə, beşgünlük iş həftəsi ilə çalışanlar üçün noyabr ayında ümumilikdə 11 qeyri-iş günü nəzərdə tutulub. Altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə bu rəqəm 7 gün təşkil edir.
Xatırladaq ki, noyabrın 12-si Konstitusiya Günü və noyabrın 17-si Milli Dirçəliş Günü ölkəmizdə iş günü hesab edilən bayram günləridir.
No Comment! Be the first one.