Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən əcnəbi ilə bağlı XƏBƏR
Paytaxtın Nizami Kino Mərkəzinin binasının divarlarına qraffiti çəkərək zədələyən Belarus vətəndaşı Ardeshir Seyfpour Saad Abadinin həbs müddəti uzadılıb.
hadiseler.info APA-ya istinadən xəbər verir ki, məsələ ilə bağlı Nəsimi Rayon Məhkəməsinə müvafiq təqdimat daxil olub. Məhkəmə istintaq orqanının təqdimatını təmin edərək əcnəbi tələbə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini 20 gün uzadıb.
Xatırladaq ki, aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospektində yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi – Nizami Kino Mərkəzinin binasının fasadına boya vasitəsilə müxtəlif yazılar və cızma-qara edilmişdi. Aparılan araşdırmalar nəticəsində bu əməli törədənlərdən birinin İranda anadan olmuş, 2024-cü ildən Azərbaycanda yaşayan Belarus vətəndaşı, ADA Universitetinin tələbəsi Ardeshir Seyfpour Saad Abadi olduğu müəyyənləşdirilmiş və ona qarşı rəsmi ittiham elan olunaraq barəsində həbs qətimkan tədbiri seçilmişdi.
No Comment! Be the first one.