Türkiyədə yol vermə mübahisəsi davaya çevrildi- VİDEO
Türkiyənin İstanbul şəhərinin Bakırköy rayonunda sürücülər arasında yol vermə üstündə yaranan mübahisə fiziki zorakılıqla nəticələnib.
hadiseler.info xəbər verir ki, insident zamanı gənc sürücü mübahisə etdiyi ailənin üzvlərinin hücumuna məruz qalıb. Təhqir və hədə-qorxulara məruz qalan sürücüyə şillələr vurulub, hücum nəticəsində onun paltarları da cırılıb.
Hadisə ətrafdakı vətəndaşlar tərəfindən mobil telefon kameralarına çəkilib və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
No Comment! Be the first one.