Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb
hadiseler.info xəbər verir ki, Almaniyanın Maqdeburq şəhərinin şimal-şərqində A2 avtomagistralına yüngül mühərrikli təyyarə çırpılıb, 2 nəfər ölüb.
“Bild”ə istinadən xəbər verilir ki, aviaqəza bu gün gündüz saatlarında baş verib.
İlkin məlumatlara görə, təyyarə trasda hərəkət edən avtomobillərə dəyməyib. Onun qəzaya uğramasının səbəbi araştırılır.
Hadisə yerində polis, yanğındöndürənlər və xilasetmə xidmətləri işlərini davam etdirir. A2 avtomagistralında Berlin istiqamətində hərəkət bağlanıb.
Qəza nəticəsində təyyarə demək olar ki, tamamilə dağılıb.
“Flightradar” portalının məlumatına görə, qəzaya uğrayan təyyarənin ikiyerli ultrayüngül “Aerostyle Breezer” olduğu ehtimal edilir. O, Şlezviq-Holştayn federal əyalətinin Kropp şəhərindəki aviasiya-idman klubunun adına qeydiyyata alınıb.
No Comment! Be the first one.