Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Çavuşoğuldan Azərbaycanın Zəfər Günü ilə bağlı təbrik paylaşımı
Şuşada İlham Əliyev və Ərdoğanın təkbətək görüşü keçirilir
Ali Məhkəmənin kollektivi Zəfər Parkını ziyarət edib
Hadisələr.info
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
2M
3K
420K
Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Çavuşoğuldan Azərbaycanın Zəfər Günü ilə bağlı təbrik paylaşımı
Şuşada İlham Əliyev və Ərdoğanın təkbətək görüşü keçirilir
Ali Məhkəmənin kollektivi Zəfər Parkını ziyarət edib
Sənaye

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib  

Noyabr 7, 2026
12 Views

hadiseler.info xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Ağdam Sənaye Parkında “ASMC” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib.  

“Almet Holding” Açıq Səhmdar Cəmiyyətinin (ASC) təsisçisi Şirin Camallı dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdi.  

Bildirildi ki, əsas təsisçisi “Almet Holding” ASC olan “ASMC” MMC 2024-cü ildə Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Ümumi dəyəri 24,9 milyon manat olan layihə iki mərhələdə həyata keçirilir. Dəyəri 8,8 milyon manat olan birinci mərhələnin maliyyələşdirilməsində özəl vəsaitlə yanaşı, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) tərəfindən subsidiyalaşdırılan 4,7 milyon manata yaxın bank kreditindən istifadə edilib. İkinci mərhələ üzrə 16,1 milyon manat investisiya nəzərdə tutulur.  

Sənaye Parkının rezidenti kimi müəssisə 470 min manat dəyərində əlavə dəyər vergisi (ƏDV) və gömrük rüsumlarından azad olunub.  

Təqribən 1,7 hektar ərazidə yerləşən zavodda polad həsir, tikanlı, çəkilmiş, yanmış və sinklənmiş məftil və mismar istehsal olunacaq. Birinci mərhələdə illik istehsal gücü 4 min 920 ton polad həsir, 3 min 480 ton çəkilmiş məftil, 3 min 180 ton mismar, 1800 ton yanmış məftil, 12 min ton məftil və 1080 ton soyuq deformasiya olunmuş armatur təşkil edəcək. İkinci mərhələdə isə illik 10 min ton qalvanikləşdirilmiş və 8 min 240 ton yüksəkkarbonlu çəkilmiş məftil istehsalı planlaşdırılır.  

Müəssisənin istehsal etdiyi polad həsir, məftil və mismar azad olunmuş ərazilərdə aparılan tikinti-bərpa işlərində geniş istifadə edilən materiallardır. Bu məhsulların bölgədə istehsalı tikinti layihələrinin materialla yerindən təminatına və daşınma xərclərinin azalmasına imkan yaradır.  

İtaliya, Almaniya, Türkiyə və Çinin aparıcı şirkətlərinin avadanlığının quraşdırıldığı müəssisədə məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da nəzərdə tutulur.  

Hazırda burada 26 nəfər çalışır. Müəssisə tam gücü ilə işə düşəndən sonra daimi iş yerlərinin sayı 100-ə çatdırılacaq.  

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin ölkənin iqtisadi məkanına reinteqrasiyası istiqamətində dövlət başçısının rəhbərliyi ilə genişmiqyaslı tədbirlər həyata keçirilir. Sənaye parklarında yaradılan infrastruktur, vergi və gömrük güzəştləri, Azərbaycan Biznesinin İnkişafı Fondunun güzəştli maliyyələşmə və zəmanət mexanizmləri özəl sektorun regiona investisiya yatırmasını stimullaşdırır.  

Share Article

Follow Me Written By

Ayla

Other Articles

Previous

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib  

Next

Ərdoğan: Cənubi Qafqaz artıq əməkdaşlıq və inkişaf bölgəsi kimi tanınır 

Next
Noyabr 7, 2026

Ərdoğan: Cənubi Qafqaz artıq əməkdaşlıq və inkişaf bölgəsi kimi tanınır 

Previous
Noyabr 7, 2026

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib  

No Comment! Be the first one.

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Sənaye
Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib  
Ayla
Noyabr 7, 2026
Sənaye
Azərbaycan-Çin Sənaye Parkı yaradıla bilər
Ayla
Noyabr 2, 2026
Sənaye
Azərbaycan xalça və xalça məmulatlarının istehsalını 61 dəfə artırıb  
Ayla
Oktyabr 31, 2026
Sənaye
Azərbaycanda avtomobil istehsalı 89,3% artıb, maşın və avadanlıq istehsalı azalıb
Ayla
Sentyabr 17, 2026

Hadisələr.info — Azərbaycan və dünyada baş verən ən son hadisələr, operativ xəbərlər və aktual gündəm bir ünvanda.

 

Xəbər xətti

Çavuşoğuldan Azərbaycanın Zəfər Günü ilə bağlı təbrik paylaşımı
Noyabr 8, 2026
Şuşada İlham Əliyev və Ərdoğanın təkbətək görüşü keçirilir
Noyabr 8, 2026
Ali Məhkəmənin kollektivi Zəfər Parkını ziyarət edib
Noyabr 8, 2026

Top kateqoriyalar

Dünya 1184
Siyasət 649
Hadisə 618
Cəmiyyət 353

© 2026 hadiseler.info— Bütün hüquqlar qorunur.

  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya