Bakı və rayonlarda apteklər yoxlanıldı — 11 aptekdə nöqsan tapıldı
Keçən ay paytaxtda və bölgələrdə fəaliyyət göstərən 78 aptekdə yoxlama həyata keçirilib.
Hadisələr.info “BAKU.WS”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) yayıb.
Bildirilib ki, monitorinqlərin 55-i Bakı şəhərində, 23-ü isə digər şəhər və rayonlarda yerləşən əczaçılıq müəssisələrində təşkil olunub. İyul ayı ərzində aparılan yoxlamaların 51-i planlı, 26-sı plandankənar, 1-i isə yoxlamadan kənar formada gerçəkləşdirilib.
Yoxlamaların nəticələrinə əsasən, 11 aptekdə müxtəlif qayda pozuntuları müəyyən edilib. Aşkarlanmış nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri (215.4, 221.1, 452.3 və 452.4) üzrə protokollar tərtib olunub.
No Comment! Be the first one.