“Bəniz” ləqəbli tiktoker 10 il 3 ay müddətinə azadlıqdan məhrum edildi
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Hadisələr.info APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm elan olunub.
Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən Aybəniz Xəlilova 10 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Məlumat üçün bildirək ki, təqsirləndirilən şəxs barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.
Zərərçəkmiş şəxs X.Kərimov “Bəniz” ləqəbli tiktokerin ondan 836 min manat tələb etdiyini bildirərək Suraxanı Rayon Polis İdarəsinə şikayət ərizəsi təqdim edib. Təqdim olunmuş sübutlar əsasında təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi qaldırılmışdı.
No Comment! Be the first one.