Oman sahillərində yük gəmisinə hücum edilib
Oman sahillərində hərəkətdə olan yük gəmisi naməlum mərmi ilə atəşə tutulub və nəticədə göyərtədə yanğın baş verib. Hadisələr.info xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
Məlumata görə, insident Omanın Xasab şəhərindən 18 dəniz mili şərqdə qeydə alınıb. Hadisə yerinə dərhal müdaxilə edilərək gəmidə yaranan yanğın söndürülüb.
UKMTO gəminin və heyət üzvlərinin təhlükəsizlikdə olduğunu açıqlayıb. Hücuma məruz qalan gəminin adı və hansı ölkəyə məxsus olduğu barədə hələlik ətraflı məlumat verilməyib.
Bölgədə dəniz təhlükəsizliyi diqqət mərkəzindədir
Sözügedən insident dəniz ticarət marşrutlarında təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib.
No Comment! Be the first one.