Salvador sahillərində 5,5 maqnitudalı zəlzələ baş verdi
Mərkəzi Amerika ölkəsi olan Salvador sahillərində yeraltı təkanlar qeydə alınıb.
hadiseler.info xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb. Bildirilib ki, 5,5 maqnitudalı zəlzələnin episentri Çirilaqua şəhərindən 69 km cənub-qərbdə, ocağı isə 56 kilometr dərinlikdə yerləşib.
İlkin məlumatlara görə, təbii fəlakət zamanı dağıntı və ya xəsarət alanlar barədə rəsmi məlumat daxil olmayıb.
No Comment! Be the first one.