Mətbəxdə qazı açdı, yerinə su gəldi- VİDEO
Bakının Nərimanov rayonunda təmir işləri zamanı buraxılan texniki səhv sakinləri çətin vəziyyətdə qoyub.
hadiseler.info “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, Əşrəf Əliyev küçəsi 37 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında mənzillərdən birində təmir aparan ustalar su və qaz xətlərini səhv qoşublar. Nəticədə qaz borularına su dolub və iki gündür binaya qazın verilişi dayandırılıb.
Məsələ ilə bağlı “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Novruz Məmmədzadə bildirib ki, qurumun əməkdaşları dərhal əraziyə cəlb olunub və qəza aradan qaldırılır: “Üçbloklu yaşayış binasının iki blokunda qaz təchizatının verilməsi bərpa olunub. Sonuncu blokda da suyun qaz xətlərindən təmizlənməsi işləri davam etdirilir”.
No Comment! Be the first one.