Göyçayda 3 avtomobil toqquşdu, 5 yaralı var-FOTOLAR
Göyçay rayon mərkəzində çoxsaylı xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
hadiseler.info Report.az-a istinadən xəbər verir ki, rayon mərkəzində üç minik avtomobilinin toqquşması nəticəsində zəncirvari qəza baş verib.
Hadisə zamanı nəqliyyat vasitələrində olan 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal təcili tibbi yardım briqadasının köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara zəruri tibbi xidmət göstərilib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.



No Comment! Be the first one.