İlham Zəkiyev Avropa çempionatında finala yüksəldi
Azərbaycanın tanınmış paracüdoçusu İlham Zəkiyev Almaniyanın Heydelberq şəhərində keçirilən Avropa çempionatında uğurla çıxış edərək finala vəsiqə qazanıb.
hadiseler.info bildirir ki, bu barədə Milli Paralimpiya Komitəsindən məlumat verilib.
J1 kateqoriyasında və +95 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinal mərhələsində Böyük Britaniyanı təmsil edən Daniel Enqlişlə üz-üzə gəlib. Rəqibinə qalib gələn İ. Zəkiyev adını həlledici final görüşünə yazdırıb.
Xatırladaq ki, yarışların əvvəlki günündə digər paracüdoçumuz Saleh Sultanov (J1, 81 kq) bürünc medal qazanaraq komandamızın aktivinə ilk mükafatı yazdırmışdı.
No Comment! Be the first one.