Moskvaya kütləvi PUA hücumu: Yüzlərlə dron zərərsizləşdirildi
Rusiya Hava Hücumundan Müdafiə qüvvələri gecə saatlarında ölkənin 17 regionu üzərində Ukraynaya məxsus kütləvi pilotsuz uçuş aparatlarının hücumunu dəf edib.
hadiseler.info xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata əsasən, növbətçi HHM vasitələri tərəfindən ümumilikdə 822 ədəd sabitqanadlı PUA ələ keçirilərək məhv edilib.
Açıqlamada zərbələrin əsasən Moskva və ətraf vilayətlər daxil olmaqla müxtəlif strateji regionlara yönəldiyi, hava hücumundan müdafiə sistemlərinin tam döyüş hazırılığında cavab verdiyi bildirilib.
No Comment! Be the first one.