Beyləqanda kanalda batan 19 yaşlı Rəvanənin meyiti tapıldı
Beyləqan rayonunda Yuxarı Qarabağ kanalında batan şəxsin kimliyi müəyyənləşib və onun meyiti tapılıb.
hadiseler.info xəbər verir ki, kanalda boğulan şəxsin 2007-ci il təvəllüdlü Rəvanə Rəşad qızı Hümbətəliyeva olduğu bəlli olub.
19 yaşlı gəncin nəşi Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-axtarış qrupu və polis əməkdaşları tərəfindən hadisə yerindən bir neçə kilometr aralıda, rayonun Türklər kəndi ərazisində sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
İlkin məlumatlara görə, R.Hümbətəliyeva Beyləqan rayonunun Dünyamalılar kənd sakini olub və bir müddət əvvəl ailə quraraq II Aşıqlı kəndinə köçüb. Onun hansı şəraitdə kanala düşməsi hələlik məlum deyil.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı araşdırma aparılır.
No Comment! Be the first one.