Ağstafada maşın atı vurdu – Sürücü yaralandı
Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
hadiseler.info APA-ya istinadən bildirir ki, Qazax istiqamətində hərəkətdə olan avtomobil qəfil yola çıxan atı vurub.
Qəza zamanı avtomobilin sürücüsü E.Əmirov yüngül xəsarət alıb.
Hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub. Hazırda faktla bağlı araşdırma aparılır.



No Comment! Be the first one.